Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıbbackend

Ötən gün Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyaları zamanı 63 nəfər “xuliqanlıq və polisin qanuni tələbinə məhəl qoymama” səbəbilə saxlanılıb.

Bu barədə Gürcüstan DİN-in nümayəndəsi Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

O, daha 6 polis əməkdaşının qarşıdurma zamanı yaralandığını açıqlayıb.

***

06:43

Tbilisidə Rustaveli prospektindən ətraf küçələrə dağılışan etirazçılar paytaxtın ən işlək avtomobil yolu olan Qamsaxurdiya prospektini bağlayıblar.

Nəticədə paytaxtın bu hissəsində avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb, avtobuslar və minik maşınları yolda qalıblar.

Prospektdə uzun tıxac yaranıb.

APA