TƏBİB futbol klubunu daşıyan avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlarla bağlı məlumat yaydıbackend

TƏBİB “Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Qurumdan verilən xəbərə görə, hadisə nəticəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.

Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir.