Oktyabrın 26-da 2 minə yaxın Qərbi azərbaycanlının məskunlaşdığı Xızı rayon Yeni Yaşma qəsəbəsində TƏBİB və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə qəsəbədə sakinləri üçün tibbi müayinə təşkil olundu.Məlum olduğu kimi, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan doğma yurdlarını tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımızın bir qismi Abşeron rayonunun Yeni Yaşma qəsəbəsində məskunlaşıb.
“Yeni Gundem” xəbər verir ki, TƏBİB-in tabeçiliyində olan və müxtəlif profilli həkimlərdən ibarət tibb briqadaları və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal həkim üzvləri Yeni Yaşmada məskunıaşmış qaçqınlar üçün səyyar tibbi müayinə həyata keçirdiblər.
Səhər tezdən başlayaraq günün sonunadək Yeni Yaşmada TƏBİB tərəfindən təşkil olunmuş müayinə məntəqəsinə yığışan müxtəlif yaş qruplarından olan sakinlər tibbi müayinədən keçiblər.
TƏBİB və Qərbi Azərbaycan İcması və birgə təşəbbüsü ilə həyata keçirilən layihəyə İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı və TƏBİB-in Ana və Uşaq Sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova rəhbərlik edib. Millət vəkili belə bir humanist layihənin həyata keçirməsini ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin, eləcə də Birinci vitse-prezident möhtərəm Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının mühafizəsi sahəsində görülən işlərin məntiqi davamı kimi qiymətləndirdi.
Aksiya çərçivəsində terapevt, çaça-ginekoloqlar, kardioloqlar, nevropatoloqlar, pediatrlar, oftalmoloq, cərrah, həkim-funksional diaqnostlardan ibarət tibbi heyət tərəfindən əhaliyə tibbi baxış keçirildi. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verildi. Bütün tibbi xidmətlər İbari Tibbi sığorta çərçivəsində həyata keçirildi.Müayinələrdə Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü, professor Mahirə Hüseynova və TƏBİB nümayəndələri, eyni zamanda Universal hospitalın baş həkimi Aytən Soltanovanın rəhbərliyi ilə oftalmoloqlardan ibarət tibb heyyəti də fəal iştirak etdilər.
Qəsəbə sakinləri müayinələrdən məmnun qaldıqlarını və bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildirdilər. Uşaqlarının sağlamlığını yoxlatmaq imkanı əldə edən valideynlər, həkimlərin qayğısından məmnun qaldıqlarını ifadə etdilər. Bəzi sakinlər fürsətdən istifadə edib, Qərbi Azərbaycan qayıdışı böyük inam və ümidlə gözlədiklərini bildirdilər.
Müayinələrdən sonra isə tədbir təşkilatçıları olan Qərbi Azərbaycan İcması və TƏBİB nümayəndələri birlikdə Yeni Yaşma qəsəbəsində yaşayan şəhid ailələrinə baş çəkdilər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş əzizlərinin xatirəsini daim yaşadan ailələrə diqqət və qayğı göstərmək, onların cəmiyyətin unudulmaz bir parçası olduğunu vurğulamaq tədbirin əsas məqsədlərindən biri idi. Ziyarətlər zamanı şəhid ailələrinə müxtəlif sovqatlar təqdim olundu.
Qərbi Azərbaycan İcması və TƏBİB-in təşkil etdiyi bu tibbi müayinə aksiyası yalnız bir sağlamlıq tədbiri deyil, həm də bir həmrəylik nümunəsi oldu. Bu tədbir, qəsəbədə yaşayan hər bir sakin üçün, dəstəyi və bağlılığı simvolizə etmiş oldu.