TƏCİLİ! Rusiya ordusu Norveçin müdafiə sistemini MƏHV ETDİbackend

Rusiya hərbçiləri Ukraynada xüsusi əməliyyat zonasında Norveçin NASAMS zenit-raket kompleksini (SAM) məhv edib. 

“Yeni Gundem” mkru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və Rusiya Silahlı Qüvvələri qruplaşmalarının artilleriyası Norveç istehsalı olan NASAMS zenit-raket kompleksinin radar stansiyasını məhv edib”, – deyə general-leytenant İqor Konaşenkov brifinq zamanı deyib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri 20 təyyarə idarə olunan raketi və 17 HIMARS MLRS raketini məhv edib. 68 Ukrayna pilotsuz təyyarəsi vurulub.