Təcili Yardım maşını yoxdur dedilər, amma… – Videobackend

Vətəndaş Elnur Məhərrəmov Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən şikayətini ictimailəşdirib. O bildirib ki, 9 saylı bölmənin həyətində TTY maşınları gözləsə də, zəng zamanı ona bildiriblər ki, maşın yoxdur.

“Yeni Gundem” xəbər verir ki, şikayətçi bununla bağlı video da paylaşıb. “Şikayətim 103 Təcili Tibbi Tardım xidmətindəndir. 18 yanvar 16:05 saatında təcili tibbi yardım çağırmışıq. 42 dəqiqədir gəlmirlər, bu şikayəti yazdığım müddətdir hələ də gəlmiyiblər. Maşınımız, biriqadamız yoxdur deyirlər. Təcili Tibbi Yardıma gedib videosunu çəkdim, heç kimi tapmadım içəridə gətirməyə.
Bu da olmayan maşınları”.Tribunainfo.az