Təhdid yaradan amilbackend

Dünyanın demək olar ki,hər yerində istifadə olunan bərpa olunan enerji siyasəti ölkəmizdə gözəl tətbiq olunur. Bu sahədə dünya qabaqcılı olan ölkələr  ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr vardır ki,onlar artıq bu sahədə geniş vüsət dəinkişaf etmişdirlər. Azərbaycan isə onlardan heç də geridə deyil. Azərbaycan— alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümu­mi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.Respublikamız 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqa­vilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolu­nan günəş və külək enerjisin istehsal ediləcə­yi, bu həcmin 10 qiqavatının “Masdar” şirkə­ti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Və cənab Prezident İlham Əliyevin son dəfə BBC News kanalına olan müsahibəsində: 10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. nab Prezidentin bu çıxışı bir daha bunu göstərir ki, Azərbaycan heç bir sahədə geridə olmadığı kimi bu sahədə də geridə deyildir və bunun əksinə daha da sürətli və innovativ şəkildə inkişaf edir.

Qəmər Cəfərova,

Nəsimi rayon gənci