Təhsil İdarəsinə yazılan protokola baxılacaq tarix açıqlandıbackend

Mərkəzi Aran Regional Təhsil İdarəsinə yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

“Yeni Gundem”-in xəbərinə görə, sənədə Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin sədrliyi ilə mayın 24-də baxılacaq.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.