Təhsil Nazirliyi valideynlərə müraciət etdibackend

Təhsil Nazirliyi məktəblərin qarşısında yaranacaq sıxlıqlarla bağlı valideynlərə müraciət edib.

“Yeni Gündəm”-in xəbərinə görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib ki, evlərində koronavirus xəstəsi olan valideynlərin övladlarını məktəbə göndərməməsi ilə bağlı iltizam forması doldurulmalıdır.

“Keçən il bəzi valideynlər koronavirus xəstəsi ola-ola övladını məktəbə göndərirdilər və yoluxma artırdı. Odur ki, valideynləri məsuliyyətli olmağa çağırırıq”, – müşavir əlavə edib.