Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə korrupsiya məsələsi gündəmə gəlmişdi.
Bunların həqiqət olub-olmamasını bilmirik. Çünki sabiq deputat bu məlumatı cavasız qoyub.
Lakin diqqət çəkən məqam isə bu dəfə onun bahalı eynəyidir.
M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.
32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi “RayBan” markasının “Aviator solid Gold” modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.