Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanması ilə bağlı elan edilən 195 minlik tender ləğv edildibackend

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsinin elan etdiyi “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanması” xidmətinin satın alınması ilə bağlı tender ləğv edilib.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti verib.

Tender üzrə ehtimal olunan qiymət 195 000AZN olub.

Qeyd: Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovdur. Bir müddət əvvəl, Bakıda Təhsilin İnkişafı Fondu və bp şirkəti arasında tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.Pravda.az