Karantin günlərini Quba rayonunda yerləşən dəbdəbəli malikanəsində keçirən şou-biznesin məşhur cütlüyü – Təranə Qumral və Musa Musayev paylaşımı ilə gündəmə gəlib.
“Yeni Gündəm” xəbər verir ki, cütlük qızı Qumral və kürəkəni Natiq Əbdüllə bir araya gələrək, qonaq otaqlarında rəqs edib.
Xoşbəxt ailə tablosu yaradan cütlüyün qızı “Instagram” hesabında həmin anları izləyicilərlə bölüşərək, videoya “Həyatın bir anı” şərhini yazıb.
Sosial media əhli tərəfindən yazılacaq neqativ rəylərdən sığortalanmaq üçün Qumral Əbdül şərh bölməsini bağlayıb.