“Azəriqaz” İB məhkəməyə verilib.
“Yeni Gundem”-in xəbərinə görə, qurumla Xətai Rayon Məhkəməsinə müraciəti vətəndaş Çernışeva Nadiyət Salixovna edib.
Mahiyyəti kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi üzrə mübahisələr olan iş hakim Sahibə Hacıyevanın icraatındadır.
Qeyd: Çernışeva Nadiyət Salixovna Prezident İlham Əliyevin 2018-ci ilin oktyabrın 20-də imzaladığı sərəncamla “Tərəqqi” medalına layiq görülüb.