Boş qalan Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə bu dəfə xanım kadr təyin edilməsi gözlənilir.
“Yeni Gündəm” xəbər verir ki, Tərtər rayon Təhsil Şöbəsinə 2 il rəhbərlik etmiş Yaşar Məhərrəmov vəzifəsindən azad edildikdən sonra, bu vəzifəyə bir çox iddialılar ortaya çıxdı.
Etibarlı məmbədən aldığımız məlumata görə Təhsil Nazirliyinin rəsmiləri artıq bu barədə seçimin edib. Bu layiqli namizəd Tərtər şəhər 2 saylı tam orta məktəbin direktoru Güıarə xanım Əkbərovadır.
Güarə xanım nəinki, Tərtər rayonunun, həmçinin bölgənin ən nufuzlu, ən tərcübəli pedaqoqlarından və məktəb direktorlarındandı.
İnanırıq ki, hörmətli təhsil naziri Emin Əmrullayev Tərtər rayonu üçün ən gözəl və ən ədalətli seçimin edərək, təhsilimizə layiqincə xidməti başlıca amal hesab edən Güarə Əkbərovanı müdir vəzifəsinə təyin edəcək.
Tərtər təhsilinin gələcək inkışafı üçün ən gözəl seçim budur.