Tərtərdə qətlə yetirilən “Azərsu” işçisinin görüntüsü – FOTObackend

Xəbər verdiyimiz kimi, Tərtərdə 1984-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu su pulu yığan zaman həmkəndlisi 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu ilə mübahisə zamanı qətlə yetirilib.

“Yeni Gundem” xəbər verir ki, Manset.az qətlə yetirilən 3 uşaq atası Elburus Şəmilovun fotolarını əldə edib. Mərhumun 2 oğlu 1 qızı var. Dünyasını dəyişən şəxsin kiçik oğlu 2-ci sinif şagirdidir.

Qeyd edək ki, hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.