“Bakı Metropoliteni” QSC Yeni il bayramı ilə əlaqədar olaraq maraqlı layihəyə imza atıb.
“Yeni Gundem” xəbər verir ki, qurum bir neçə gün qatarlarda məşhur simaların səsinin eşidilməsi qərarına gəlib.
Belə ki, bunun üçün Azərbaycanın bir çox tanınmış mədəniyyət və incəsənət üzvlərinə müraciət olunub.
Onlardan biri də Xalq artisti Murad Dadaşovdur. Məşhur aparıcı-aktyor instaqram səhifəsində video paylaşaraq metroda tezliklə səsinin eşidiləcəyini qeyd edib.