Tikinti şirkətindən 20 min manatlıq oğurluq edildibackend

Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən “Yeni Gundem”-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.