Tokio-2020: Azərbaycanlı güləşçi uduzdubackend

Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

“Yeni Gündəm”-in məlumatına görə, bu gün mübarizəyə qoşulan təmsilçilərimiz yarışla erkən vidalaşıb.

Karateçimiz Firdovsi Fərzəliyev qrupdan çıxa bilməyib. O, keçirdiyi dörd qarşılaşmadan yalnız birində qələbə qazanıb və üç məğlubiyyət alıb.

Sərbəst güləşçimiz Turan Bayramov 1/8 final səddini adlasa da, 1/4 finalda uduzub. Onu məğlub edən rəqibi isə yarımfinalda dayandığından təmsilçimiz Olimpiadada medal şansını itirib.

Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 33-ə çatıb. Onların qazancı üç bürünc medal olub. Təmsilçilərimizdən 11-i startı gözləyir.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb
20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub
21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub
22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub
23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb
24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub
25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer
26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb
27. Ruslan Lunyov (güllə atıcılığı) – kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer
28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub
29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb
30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer
31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub
32. Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/4 finalda uduzub
33. Firdovsi Fərzəliyev (karate, 67 kq) – qrupda mübarizəni dayandırıb
34. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
35. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
36. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
37. Mariya Stadnik (qadın güləşi, 50 kq)
38. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)