“Tokio-2020”də yoluxanların sayı 160-a çatdıbackend

Yaponiyada “Tokio-2020” ilə əlaqəli şəxslər arasında son sutkada koronavirusa yeddi yeni yoluxma halı qeydə alınıb.

“Yeni Gündəm” xəbər verir verir ki, bu barədə iyulun 27-də Oyunların təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd edilir ki, onlardan ikisi Atletlər kəndində yaşayan idmançıdır. Beləliklə, “Tokio-2020” ilə əlaqəli şəxslər arasında ümumi yoluxma sayı 160 nəfərə çatıb.

JIJI PRESS agentliyini məlumatına görə, virusa yoluxan idmançılar Niderland yığmasından olan tennisçilərdir.

Xatırladaq ki, Yaponiya paytaxtında epidemioloji vəziyyət ağır olduğuna görə Tokio prefekturasında iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi elan edilib. Buna görə də Yaponiya paytaxtında və daha beş prefekturada Oyunlara tamaşaçılar buraxılmırlar.