Toksinləri təmizləyir, yaxşı bakteriyaları qoruyurbackend

Bağırsaq sağlamlığı ümumi sağlamlıq üçün çox vacibdir və təmiz bağırsaqlar həzmi yaxşılaşdırır, toxunulmazlığı artırır və yaxşı əhval-ruhiyyəni dəstəkləyir. Təbii yollarla bağırsaqları toksinlərdən təmizləmək üçün bəzi içkilərdən istifadə edə bilərsiniz.

“Yeni Gundem” saglam.az-a istinadən xəbər verir ki, ilıq limonlu su günə başlamaq üçün sadə və effektiv bir üsuldur. Limonun tərkibindəki C vitamini və antioksidantlar toksinləri aradan qaldırır və həzmi dəstəkləyir. İlıq su isə həzm sistemini stimullaşdırır və qida maddələrinin mənimsənilməsini asanlaşdırır.

Yaşıl çay antioksidantlarla zəngindir və təbii detoks xüsusiyyətlərinə malikdir. Qaraciyər funksiyasını dəstəkləyən və bağırsaq sağlamlığını yaxşılaşdıran katexinlər ehtiva edir. Yaşıl çay müntəzəm istifadə edildikdə faydalı bağırsaq bakteriyalarını tarazlayır.

Aloe vera şirəsi bağırsaq bakteriyalarının böyüməsini təşviq edir və həzm traktından toksinləri çıxarır. Onun sakitləşdirici və iltihabəleyhinə təsiri bağırsaq hərəkətlərini yaxşılaşdırmağa kömək edir.

Alma sirkəsi də bağırsaq sağlamlığı üçün əhəmiyyətlidir. Sirkə turşusu qidaların parçalanmasını asanlaşdırır və mədədə pH səviyyəsini tarazlayaraq zərərli bakteriyalara qarşı mühit yaradır.

Zəncəfil çayı antiinflamatuar və antioksidant xüsusiyyətlərə malikdir. O, həzm problemlərini aradan qaldırır, toksinlərin çıxarılmasını dəstəkləyir və bağırsaq mikrobiotasını yaxşılaşdırır.

Xiyar və nanə ilə dəmlənmiş su təravətləndirici və nəmləndirici təsirə malikdir. Xiyarın tərkibindəki lif bağırsaqları dəstəkləyir, nanə isə həzm sistemini sakitləşdirir və toksinləri təmizləyir.

Şüyüd toxumu suyu bağırsaq detoksu üçün təsirli bir vasitədir. Şüyüd toxumlarının antimikrobiyal xüsusiyyətləri bağırsaq sağlamlığını qorumağa kömək edir. Gecədən suda isladılmış toxumların suyunu içmək həzmi yaxşılaşdırır və şişkinliyi azaldır.

Bu içkilər gündəlik rasionunuza daxil edildikdə bağırsaq sağlamlığınızı dəstəkləməkdə və ümumi sağlamlığınızı yaxşılaşdırmaqda böyük fayda verə bilər.