Tolik efirdə əsəbləşdi: “Müğənniyyə əri bahalı hədiyyə alır, lüt şəkil paylaşır”backend

Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı, prodüser Tarix Əliyev efir zamanı bəzi gündəmdə olan mövzularla bağlı əsəbləşib sərt reaksiya göstərib:

“Bu gün bir xəbər oxudum.İmişlidə bir oğlan uşağın zorlayıb kanalda boğublar. Mənə çatmır belə xəbərləri ictimailləşdirmək. Axı bu həmin ailə üçün pisdi. Bu xəbəri həmin ailənin özünə hüquq mühafizə orqanları deyə bilər ki, özləri bilsin. Axı bu məsələni ictimailləşdirmək ailə üçün çətindir. Sabah hansısa toyda biri içib həmin ataya deyəcək əşi kimsən axı sən oğlunu zorlayıb kanalda boğdular, get özünü as. Bu növbəti intihara yol açır. Nərmini yanıdırdılar. Bu çox böyük bir dərddir. Uşaqdan böyüyə hamı video, şəkil paylaşdı. Bəziləri makiyajı sürtüb üzünə aktyorluq edə edə ağlayır guya video çəkir. Biri lay-lay deyib video qoyur baxırsan altında minlərlə rəy yazılıb. Hansısa şəhid xəbərinin altında beş yüzdən artıq rəy tapa bilməzsən. Hansısa müğənniyyə əri bahalı hədiyyə alır, lüt şəkil paylaşır altında nə qədər rəy yazılır. Bunu biz özümüz edirik.
Nərmini evlərinin yaxınlığında yandırdılar necə ola bilər ki, onu kimsə görmür. Bu gün mənim evimin yanında balaca bir tonqal yandırsınlar onun iyinə mən çıxaram çölə. O boyda uşaq yanıdırırlar görən olmur. Bir aydan çoxdu uşaq itib, axtaran yoxidi amma dəfndə minlərlə insan gedir. O qədər insan onu axtarmağa görə birləşməli idi”.