Tolik Kərimin döyülməsindən danışdı: “Bəziləri o qədər harınlayıb ki!”backend

Müğənni Kərim Abbasovun döyülməsinə aparıcı Tarix (Tolik) Əliyev münasibət bildirib.

“Yeni Gundem” titul.az-a istinadla xəbər verir ki, o, hadisə ilə bağlı deyib:

“Kərimi illərdir tanıyıram. Bilirsiniz ki, ən kaprizli müştərilər, ən kaprizli ev yiyələri Rusiyada yaşayanlar olur. Çünki o qədər Vətən həsrətində olurlar ki, gəlib-getsələr də istəyirlər ki, toylarında hər zaman yaxşı müğənnilər olsun.

Azərbaycanda bir çox toy müğənniləri var, ilk onluğa Kərimi də salmaq olar. Kərim toylarda canlı oxuyur. Amma toyda fonoqram oxuduğuna görə ona əl qaldıranlar cəzasını almalıdır. Camaata pul verirsiniz, o demək deyil ki, onlar sizin qulunuzdur. Pul vermisiniz, dəvət etmisiniz, deməli, ailənizin xoş günündə Kərimi görmək istəmisiniz.

Kərimin yerində başqa biri olardı, ona əl qaldıranı vurardı, məsəl üçün. Onda nə olacaqdı?! Deyiləcəkdi ki, Kərimin yanında cangüdəni var, filankəsi toyda döydü”.

Mən belə şeyləri qınayıram. Düşünürəm ki, bu cür hallar bütün camiada qınanmalıdır. Çünki bəzən bəziləri o qədər harınlayıb ki!”