Britaniyalı müğənni və bəstəkar Bakıda konsert verəcək
Britaniyalı müğənni və bəstəkar Tom Odell iyunun 21-də ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert “Pera Group”un təşkilatçılığı ilə baş tutacaq. Sənətçi Bakı Konqres Mərkəzinin səhnəsində sevənlərinin qarşısında çıxış edəcək.
Bildirək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Odellin ən məşhur mahnıları “Another Love”, “Real Love”, “Heal” və “Grow Old With Me”dir.
O, musiqisinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün “BRIT Awards” mükafatı alıb.