Toplanışların keçirilməsi qaydası dəyişir.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, bu dəyişiklik redaktə xarakterlidir: “Bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün bu dəyişiklik təklif edilir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək. Burada əsgəri xidmətdən söhbət getmir. Bu dəyişiklik toplanışa aiddir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) sayı Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək”.