Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə aktrisa Ülviyyə Əliyeva məlumat yayıb. O, həmkarının vəziyyəti yaxşı olmadığını bildirib:
“İki-üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb.
Hamınızdan Tünzalə üçün dua istəyirəm. İnşallah Allah onu övladına bağışlayar. Bu gün yenidən analiz verdi. Təkrar şüa qəbul etməyə başlayacaq”.
Qeyd edək ki, xəstəlik daha əvvəl aktrisanın daxili orqanlarına yayılmışdı.