Tovuz stadionunda işıq dirəyi aşdı, oyun təxirə salındı – FOTObackend

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.

Tovuz klubundan “Yeni Gundem”-ə verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.

Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.

82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.

Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.