“Toya gedəndə imkan verin, yemək yeyək”backend

Aktyor Məcid Hüseynov maraqlı açıqlama verib.

“Yeni Gundem” olay-a istinadən bildirir ki, bu barədə o, “Xəbər-ətər” verilişində danışıb.

“Buradan bütün dostlarıma deyirəm. Əgər bala, qardaş, bacı toyuna gəliriksə, imkan verin, digər qonaqlar kimi əyləşib yemək yeyək, rəqs edək. Yoxsa çatan kimi, deyir, Məcid müəllim, filankəsi təqdim elə. Qaçdı, getdi”, – deyə, o bildirib.