Toya gələn qonaq qəfil ÖLDÜbackend

Neftçalada toyda ölüm hadisəsi baş verib.

“Yeni Gundem” xəbər verir ki, dünən rayonun Dördlər adlanan qəsəbəsində yerləşən şadlıq evində keçirilən toyda qonaqlardan biri qəfil ölüb.

Belə ki, saat 21 radələrində 1977-ci il təvəllüdlü Ramil Məmmədov əmisi nəvəsinin toyunda olarkən özünü pis hiss edib. O, bir neçə dəqiqə ərzində dünyasını dəyişib.

İlkin məlumatda R.Məmmədovun infarkt keçirdiyi və meyiti üzərində xəsarət izinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)