“Trend of the Year” 2018 Mükafatlandırma gecəsi reallaşdı” – FOTOLARbackend

Bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, “Caspian Events Group” tərəfindən təşkil olunan “Trend of the Year” 2018 Mükafatı sahiblərinə təqdim edildi.

“Yenigundem” xəbər verir ki, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırıldılar.

Gecədə “Trend of the Year” adına layiq görülənlər sırasında Fidan Hacıyeva, Xatirə İslam, Vüqar İmanov, Nigar İbrahimova, Gülnarə Xəlilova, Elşən Gəncəvi, Emin Bədəlov, Niyam Salami, Rövşən Nəcəfov, Elnarə Xəlilova, Rahidə Baxışova, Tural Hüseyn, Şahin Cavadsoy və başqa tanınmış şəxslər var idi.

Bundan başqa “Park Cinema”, “AMV Consulting”, “Altis Group of Companies”, “Atlaspool”, “Phardi”, “Soel Parfum”, “PRX-T – Terapiya”, “Şirin Su”, “Gül Cəlilova Accessories” kimi şirkətlər ilin trendi mükafatçılar sırasında idi.

Həmçinin, “İmtahan”, “Ata Ocağı” serialları və “Qız Qaçırtma” filmi ilin trendi seçildi.

“Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilmişdi.

Qeyd edək ki, mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutdu.

Fotolar isə Nəsirov Studio-ya məxsusdur.

Layihənin informasiya dəstəyi Yenigundem.az saytına məxsusdur.