TRENDYOL səhv məhsulu göndərib və… – GİLEYbackend

Umico` və “Trendyol” artıq lap ağını çıxarıb…. “Trendyol” səhv məhsulu göndərib və “Umico” bu səhv məhsulu 1 aya çatdırıb gətirib. Hələ bu azmış kimi digər bağlamamı kuryer siqaretlə zədələyib və paltar da siqaretlə zədələnmiş hala salınıb…” “DİA-AZ” xəbər verir ki, bunu “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Ellada Abdullayeva adlı istifadəçi qeyd edib.

TRENDYOL səhv məhsulu göndərib və...

Narazı vətəndaş daha sonra yazır: “Bahalı məhsulumdan isə artıq 1 aya yaxlndı ki xəbər yoxdu. Umicoya və trendyola bu səhv və zədəli məhsulla bağlı məlumat versəm də, “Umico”nun operatorları məni yola verib yönləndirdik deyirlər 2 həftədi hələ geri dönüş gəlməyib. “Trendyol”a da məhsulun zədəli olması barədə məlumat sorğu göndərmişəm olar da geri dönüş etməyiblər 2 həftə olar artıq.

Bu halla üzləşən olub? Nə etmisiz və proses necə baş tutub?”