“Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
“Mənzil Nyu-York, 250 S End Ave Apt 8e ünvanında yerləşir. Alqı-satqı ötən ilin dekabrın 20-də olub” – C.Həsənli qeyd edib.