Türk aktrisaya fantastik təklif: 3 milyon avro alacaqbackend

Türkiyəli model və pornoaktrisa Sibel Kekilli fantastik təklif alıb.

“Yeni Gündəm” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyada yaşayan türk aktrisa Sibel Kekilli, “Rostocken” adlı yeni bir film üçün 3 milyon avroluq təklif alıb. Bu barədə aktrisa özü mətbuata açıqlamasında bildirib.

Alman şirkətinin çəkəcəyi filmdə məşhur aktyor Florian Lukas ilə baş rolu oynayacaq Kekilli, “Sibel” adlı gənc bir türk qadınını canlandıracaq. Filmin müəllifləri Arion Ahrens və Mathias Schwerbrockdur. Filmin rejissoru isə Marc Rothemunddur. “Rostocken” filminin 2022-ci ildə yayımlanacağı bildirilir.