Azərbaycanda yaşayan məşhur türk blogger Ogün Özdemir “Kontakt home”dan şikayətçidir. Bloger bu barədə Oxu24.com-a özü məlumat verib.
Şikayətçi bildirib ki, “Kontakt home”dan bir məhsul alıb və 24 saat keçmədən aldığı məhsulda problem olduğunu görüb. Həmin məhsulu geri qaytarmaq istəsə də problemlə üzləşib. Ogün Özdəmir bildirib ki,artıq məsələ ilə bağlı polisə şikayət edib.