Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı öz işinə başlayıb.
“Yeni Gundem” xəbər verir ki, Türk Dünyasının mədəni irsinin idarə olunması ilə əlaqəli qurumların iştirakı ilə gerçəkləşən program 23-27 sentyabr 2024-cü il tarixlərində davam etdiriləcəkdir.
Təcrübə mübadiləsi məqsədilə həyata keçirilən proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan sahə üzrə yüksək ixtisaslı mütəxəssislər qatılır.
Həmçinin, layihə çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Fondu tərəfdaş qismində yer alırlar.