Türkan donuna görə şərhləri bağladı – FOTOLARbackend

Müğənni Türkan Vəlizadənin yarıqlı libası müzakirə yaradıb.

“Yeni Gundem” olay-a istinadən xəbər verir ki, buna səbəb ifaçının Bakıda baş tutan toya geyindiyi donun açıq-saçıq olmasıdır. Belə ki, onun dərin yarıqlı, qara rəngli paltarda toyda səhnə alması birmənalı qarşılanmayıb. Vəlizadə həmin görüntüsünü instaqramda paylaşsa da, tənqidlərdən sonra şərh bölməsini bağlamağa məcbur olub.

Qeyd edək ki, fotoşopları ilə diqqət çəkən T. Vəlizadə bundan öncə də bir neçə dəfə şərh bölməsini deaktiv edib.