Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş briqada” təlimləri davam edir.
“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qardaş briqada” layihəsi çərçivəsində Türkiyədə olan Azərbaycan hərbçilərinin təlimləri Çanaqqaladakı 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında davam edir”, – deyə qeyd olunub.