Dünən “Maşın” realiti şousunda səsverməyə çıxan aparıcı Lalə Mustafayeva canlı efirdə müzakirələrə səbəb olan açıqlama verib.
“Yeni Gundem” xəbər verir ki, o, tamaşaçılardan səs istəyən zaman yarışmanın Türkiyədən olan Suna Kasımoğlu adlı iştirakçısı haqda xoşagəlməz fikirlər söyləyib:
“Yarışmada qalsam Suna xanımı oyundan çıxaracam. Niyə görə? Çox rica edirəm, heç kim məndən küsməsin. İlk gündən söyləyirəm. Belə yarışma Türkiyədə keçirilsəydi, yəqin ki, 11 gün ərzində azərbaycanlı orada qalmazdı. Biz böyük hörmət və diqqət göstərmişik”.
Daha sonra şounun aparıcısı, Xalq artisti Murad Dadaşov Lalənin sözügedən açıqlamasına etiraz edib. Proqramın davamında L. Mustafayeva söz alaraq hər kəsdən dəfələrlə üzr istəyib:
“Hədəf olacağımı gözləmirdim. Həqiqətən çox həyəcanlıyam. Bir az əvvəl dediyim ifadələrə görə bütün tamaşaçılardan üzr istəyirəm. Məni üzrlü sayın, hər birinizdən üzr istəyirəm. Çox həyəcanlıyam. Nə olar?!”