Türkiyə Milli Müdafiə Nazirliyi “27 Sentyabr – Anım Günü” ilə bağlı bəyanat yayıb.
“Yeni Gundem”in verdiyi xəbərə görə, Türkiyə MN-nin bəyanatında deyilir:
““iki dövlət, bir millət” şüarı ilə bir olduğumuz azərbaycanlı qardaşlarımızın “20 sentyabr Suverenlik Günü”nü bir daha təbrik edir, qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44 gün davam edən “Vətən Müharibəsi”nin dördüncü ildönümünü və “27 Sentyabr Şəhidlərin Anım Günü” münasibəti ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk”.