Türkiyə parlamenti Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edibbackend

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına icazə verən qanun layihəsini təsdiqləyib.

“Yeni Gundem” xəbər verir ki, Macarıstan bir neçə gün əvvəl oxşar qərar qəbul etdikdən sonra Türkiyə Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edən alyansın sonuncu üzvü, 30-cu ölkə oldu.

“NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək, Baltik dənizi regionunda və Şimali Avropada sabitlik və təhlükəsizliyi yaxşılaşdıracaq”, – Finlandiya hökumətinin Türkiyə parlamentində səsvermədən sonra yaydığı bəyanatda deyilir.

Finlandiya və İsveç keçən il Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq NATO-ya üzvlük üçün müraciət etmişdilər. Hər hansı bir ölkənin alyansa qoşulması üçün onun ərizəsi bütün NATO üzvlərinin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Fərahim Rəhimov