Məhsul və layihələrini beynəlxalq bazarlarda ziyarətçilərə təqdim etməyə davam edən qardaş ölkə Türkiyənin “Robit Teknoloji” şirkəti 24-26 sentyabr 2024-cü il tarixlərində Azərbaycanda, Bakıda keçiriləcək “ADEX 2024” sərgisində Türkiyəni təmsil edən şirkətlər arasında yer alacaq.
“Yeni Gundem” xəbər verir ki, informasiya texnologiyaları (IT) sektorunda fəaliyyət göstərən və müdafiə sənayesində dəyər qazandıran “Robit Teknoloji” şirkəti, türkiyənin milli texnologiya sahəsindəki nailiyyətlərindən güc alaraq müdafiə sənayesi ekosistemindəki yenilikçi layihələrini nümayiş etdirməyə davam edir.
Bakıda keçiriləcək bu mühüm tədbirdə şirkət tərəfindən FPV Dron “AZAT” modeli başda olmaqla Kamikaze Dron “AZAB T150” və “AZAB T200” modellərinin iştirakçılara təqdim edilməsi gözlənilir.
Son dövrlərdə FPV Dron modellərinin istifadə sahəsində “Oyunu dəyişdirən” qabiliyyətlərini nəzərə aldıqda, “Robit Teknoloji” şirkəti tərəfindən istehsal edilən “AZAT” modelinin yüksək yerli tərkibi, silahlanma seçimləri və siqnal bloklama sistemlərinə qarşı göstərdiyi üstün performans ilə ön plana çıxdığı müşahidə edilir.
Tədbir müddətində şirkət nümayəndələri 2A016 nömrəli stenddə ziyarətçilərə məlumat verəcək, layihələri barədə ətraflı məlumat verərək sektor iştirakçıları ilə yeni əməkdaşlıqlar qurmaq üçün görüşlər keçirəcək və məhsullar haqqında diqqətçəkən yenilikləri ziyarətçilərin diqqətinə çatdıracaqlar.
Türkiyə, müdafiə sənayesi sahəsində beynəlxalq aləmdə mühüm aktyor olaraq milli texnologiya nailiyyətlərinin nümayiş olunduğu bu mərhələdə, “Robit Teknoloji” şirkəti, Azərbaycan başda olmaqla digər regionlardakı ölkələrin müvafiq qurum və şirkət nümayəndələri ilə bir araya gələrək məhsullarını tanıtmağa və bu sahədəki yenilikçi məhsul və xidmətlər siyahısına yenilərini əlavə etməyə davam edir.