Türkiyə və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olubbackend

Türkiyə və Rusiya müdafiə nazirləri Hülusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər. Suriyada atəşkəsin pozaulması faktları ilə əlaqədar məsələlərim baxılması üzrə birgə komissiya çərçivəsində fəaliyyətə diqqət ayırıblar.

Akar və Şoyqu qarşılıqlı maraq doğuran digər mövzuları da müzakirə ediblər.