Türkiyədə çevriliş təhlükəsi: Ərdoğan gecə yarısı hamını topladıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. Azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Beştəpədə keçirilən kritik zirvənin MHP lideri Devlet Baxçalının Ankara Polis İdarəsində baş verənlərlə bağlı xəbərdarlıqlarından sonra keçirildiyi iddia edilir.

Bildirilib ki, “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşları ilə bağlı məsələ müzakirə olunub və bu məsələnin növbəti çeviriliş cəhdinin ilkin addımı olduğu bildirilib.

Bu hadisənin ardından MHP lideri Dövlət Baxçalı açıqlamasında bu vəziyyətin bir neçə polis rəisinin vəzifədən uzaqlaşdırılması ilə həll edilə bilməyəcəyini bildirib. Məsələ ilə bağlı açıqlama verən jurnalist Handə Firat da Ərdoğanın təcili keçirdiyi iclasda məhkəmə və kəşfiyyat sahəsindəki proseslərin müzakirə edildiyini vurğulayıb.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı parlamentdəki çıxışında “Ayhan Bora Kaplan” cinayət təşkilatının üzvləri arasında polis rəislərinin olduğunu və bu rəislərdən bəzilərinin həbs edilməsinə baxmayaraq, cinayətkar qruplaşmanın böyük şəbəkəyə malik olduğunu bildirmişdi. O, polislər arasında çeviriliş cəhdini planlayanların da olduğunu bildirərək, məsələnin ciddi araşdırılmalı olduğunu və bu işin arxasında böyük adların yatdığını iddia edib.