Bu gün səhər saatlarında Türkiyədə instaqram qadağan edilib. OLAY yazır ki, qərarı İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) verib.
Bu barədə X platformasında məlumat yayılıb.
İddialara görə, İnstaqram “HƏMAS” lideri Haniyenin ölümü ilə bağlı paylaşılan başsağlığı mesajlarını silib və həmin səhifələri bloklayıb.
Türkiyə də İnstaqramın bu addımına cavab olaraq, sosial şəbəkəyə girişi məhdudlaşdırıb.