Türkiyədə məhkəmə binasına silahlı hücum: Ölənlərin sayı artdıbackend

İstanbulda məhkəmə binasına silahlı hücum zamanı yaralanan şəxslərdən biri dünyasını dəyişib.

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı Kahramanmaraşa səfəri çərçivəsində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

***

13:43

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

”Yeni Gundem” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Qeyd edilib ki, ölənlər hücüm edən şəxslərdir.