Türkiyədə seçkilərdə səsvermə başladıbackend

Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

“Yeni Gundem” xəbər verir ki, yerli vaxtla 08:00-da seçki məntəqələri açılıb.

Ölkə üzrə 60 milyon 697 843 seçicinin səsvermədə iştirak edəcəyi gözlənilir.

Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Prezident seçkilərinin birinci turu  zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 

Bununla yanaşı, seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Seçki Ankara vaxtı ilə 17:00-da başa çatacaq.