Türkiyədə səslərin sayılması zamanı DAVA: Yaralananlar varbackend

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda səslərin sayılması zamanı baş verən davada 4 nəfər yaralanıb. Konkret.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, hadisə Qazipaşa Məhəlləsindəki Lütfiyə Benli Orta Məktəbində səslərin sayılması zamanı baş verib.

Mübahisə zamanı 4 nəfər bıçaqlanıb.

Yaralılar Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.