Türkiyədə zəlzələ zamanı bir neçə bina çöküb, ölənlər var – Beynəlxalq yardım üçün müraciət edildibackend

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü deyilir.

“Yeni Gundem”-in xəbərinə görə, məlumatı şəhərin valisi Salih Ayhan yayıb.

16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı qeyd olunub.

Adana şəhərində 3 bina çöküb.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Türkiyə beynəlxalq yardım üçün çağırış edib.