Türkiyənin Elazığ şəhərində meydana gələn 6,8 ballıq zəlzələnin yer altındakı səsi qeydə alınıb.
“Yeni Gündem”in “Hürriyet”ə istinadən məlumatına görə, ABŞ-ın Vaşinqtondakı Seysmologiya Anonim Araşdırma Qurumu (İRİS) zəlzələnin səsini rəsmi saytında yerləşdirib. Audo-yazının əvvəlində güclü qırılma səsi, daha sonra isə titrəyiş səsləri eşidilir.
Qeyd edək ki, yanvarın 24-də baş vermiş zəlzələdə son məlumata görə, 31 nəfər ölüb.