Türkiyəli tanınmş müğənni Zeynep Bastık Bakıda konsert verib.
“Yeni Gündəm” xəbər verir ki, konsert Bakı Konqres Mərkəzində baş tutub.
Türkiyəli ifaçı çıxışı zamanı ilk dəfədir Bakıya gəldiyini deyib. Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən müğənni daha sonra Azərbaycan dilində çıxış edib.
O, 2 gündür həmin çıxışa xüsusi hazırlandığını bildirib: “Mənim konsertimə xoş gəlmisiniz. Qadınlar Gününüz mübarək” – o bildirib.
ölkə.az/