Türkiyənin gözlədiyi serialın qalası keçirildi – Fotolarbackend

“Netflix” platformasının ikinci Türkiyə istehsalı olan “Atiye”nin (The Gift) premyerası keçirilib.

 “Yeni Gundem” xəbər verir ki, Beykoz Kundura Fabrikində baş tutan qala gecəsində serialın birinci bölümü təqdim olunub.

B. Saat həmkarı M. Günsürlə eyni layihədə yer aldığı üçün xoşbəxt olduğunu qeyd edib: “Çox gözəl bir hekayədən bəhs edəcəyik. Bir araya gəlmələri təsadüfən olmayan, qabiliyyətli, xəyal quran və bu işi eşqlə görən  gözəl komanda ilə çalışdıq. Çox həyəcanlıyıq. İşimizə güvənirik. “Netflix”in bizə azad şərait yaratması, onların arxamızda dayanmaları çox özəldir”.

Serialda Erhan obrazını canlandıran Mehmet Günsür isə “Özümü təhlükəsiz bir ortamda hiss edirəm. “Netflix” çox böyük bir platformadır və onun bizə verdiyi rahatlıq çox önəmlidir. Bütün aktyorlarla rol almaq möhtəşəmdir. Biz gördüyümüz işi çox sevdik”,- deyə bildirib.

Qeyd edək ki, Beren Saat və Mehmet Günsürün rol aldığı ekran işi 27 dekabrda izləyicilərin qarşısına çıxacaq. Serialda, həmçinin Metin Akdülger, Melisa Şenolsun, Tim Seyfi, Başak Köklükaya, Civan Canova və Meral Çetinkaya da yer alıb.