Son zamanlar Sağlamlıq İmkanları Məhdud 3 saylı xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərovun barəsində mətbuat səhifələrində yayılan xəbərlər gündəmin əsas mövzularından biri kimi yadda qalıb.
“Yeni Gundem” Analoq.az-a istinadən xəbər verir ki, adıçəkilən məktəbin müəllimləri direktorun özbaşınalıqları, müəllimlərin dərs yükünün azaldılması və direktorun müəllimlərlə etik – davranış qaydalarını pozması barədə Azərbaycan Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası təşkil ediblər.
Bundan əlavə adıçəkilən məktəbin müəllimi Bahar Kazımova öz həmkarı Könül Səmədliyə Qərbi azərbaycanlı olduğu üçün erməni deyib təhqir etmişdi. Etiraz aksiyasında iştirak edən müəllimlər bu mövzunu da aksiyada səsləndiriblər.
Məktəbin müəllimi Aygün Hüseynovanın öz “Facebook” hesabında paylaşdığı video da diqqətimizdən yayınmayıb. Məktəb müəlliminin belə bayağı mahnı sədası altında video paylaşması müəllim davranışından xəbər vermir.
Maraqlıdır həmin məktəbin şagirdləri, Azərbaycanın gələcəyi olan bugünkü uşaqlar belə müəllimədən nə örnək götürsünlər?
Həmin videonu təqdim edirik :Analoq.az